Qubada karantin rejimini pozaraq fəaliyyət avtomobil təmiri sexləri aşkarlanıb

  • SpaceTV
  • 25 Noyabr 2020 10:53

Quba Rayon Polis Şöbəsinin əməkdaşları xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində inzibati ərazidə xidmət aparan zaman karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən avtomobil və təkər təmiri məntəqəsi aşkarlayıblar.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Spacetv.az-a verilən məlumata görə, dərhal həmin obyektlərin fəaliyyətləri dayandırılıb.

Qaydaları pozan şəxslər barəsində İXM-nin müvafiq maddəsi ilə cərimə protokolları tərtib olunub.

Paylaş

 Xəbəriniz olsun