Qubada karantin rejimi qaydalarını pozaraq, futbol oynayan şəxslər cərimələndi

  • SpaceTV
  • 14 İyul 2020 12:20

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən qəbul edilən karantin rejimi qaydalarının təmin olunması və koronavirus pandemiyasının kütləvi yayılmasının qarşısının alınması istiqamətində mütəmadi tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayonun Birinci Nügədi kəndinin ərazisində qaydaları pozaraq futbol oynayan 25 nəfər şəxs saxlanılıb.

Onlar barəsində də İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolları tərtib olunub və təyin olunmuş qaydalara riayət etmələri barədə profilaktik söhbətlər aparılıb.

Paylaş

 Xəbəriniz olsun