Qubada İngiltərə mənşəli çiyələk sortlarının yetişdirilməsinə başlanılıb.

  • SpaceTV
  • 23 Yanvar 2020 16:25

Üzərində  mütəxəssislər tərəfindən tədqiqat işləri aparılan “Kupid”, “Fenella”, “Kristin”, “Flomenko” və “Florens” çiyələk sortları  yerli növlərdən bir sıra üstünlükləri ilə seçilir.

Yeni texnologiyaya əsasən çiyələk bitkisi tirə üsulu ilə əkilir və damla suvarma sistemindən istifadə olunur.Tirələr təxminən 10-15 santimetr hündürlükdə olur. Çiyələk bitkisinin bu üsulla əkilməsi torpağın rütubətini artırır və qış şaxtaları zamanı bitkinin köklərinin donmasının qarşısını da alır.

Qeyd edək ki, İngiltərə mənşəli çiyələk sortları Qubada yerləşən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda təcrübədən keçirilir.Əsas məqsəd ölkəmizdə bu sortların yetişdirilməsi və yeni texnologiyanın tətbiqindən ibarətdir.                                        

Emin Vaqifoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun