Qubada hava şəraiti kəskin dəyişib, temperatur -12 dərəcəyədək enib.

  • Space TV
  • 16 Yanvar 2020 16:08

Ötən gün axşam saatlarından başlayaraq ölkənin şimal bölgəsində hava şəraiti dəyişib. Bəzi yaşayış məntəqələrinə qar yağıb.Bölgədə ən çox yağıntı Qubada qeydə alınıb. Rayonun Xınalıq və Qrız kəndində qarın hündürlüyü 13 santimetr, Aydınkənd, Xaltan kəndində 5 santimetr təşkil edib.Rayon mərkəzində isə qarın hündürlü  3 santimetr qeydə alınıb.Qusarda 4 , Xızının Altıağac qəsəbəsində isə qarın hündürlüyü 5 santimetrə çatıb.Ən aşağı temperatur isə Qubanın Xınalıq və Qrız kəndlərində qeydə alınıb. Burada temperatur mənfi 12 dərəcəyədək enib.

Emin Vaqifoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun