Qubada fermerlərin bağlara vaxtında qulluğu

  • SpaceTV
  • 18 Mart 2020 12:55

Mütəxəssisilər deyir ki,qış aylarında havalar isti keçdiyindən bu il ötən illərdən fərqli olaraq çəyirdəkli meyvə bağlarında ağaclar artıq çiçək açmağa başlayıb.Bu proses hər il olduğundan fərqli olaraq 15 gün daha tez başlayıb.

Buna görə də mütəxəssislər fermerləri bağlarda dərmanlama işlərini vaxtında aparmağa çağırır.Əks halda bu xəstəliklərlə yanaşı bağlarda məhsuldarlığa mənfi təsir göstərə bilər.

Tumlu meyvə bağlarında isə aqrotexniki qulluq işləri artıq başa çatdırılmalı və müalicə işləri düzgün qaydada aparılmalıdır.Bağlarda preparat məhlulundan istifadə olunmaqla zərərvericilərin qarşısı alınmalı və müalicə tədbirləri həyata keçirilməlidir.

Kənd təsərrüfatı mütəxəssisləri hər bir bağbana zəhərli maddələrlə işləyərkən diqqətli olmağa, təhlükəsizlik qaydalarına ciddi əməl etməli olmalarını bildirirlər. Əks halda bu kimyəvi mübarizəni aparan insanların sağlamlığında ciddi problemlər yarada bilər.

Emin Vaqifoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun