Qubada fərdi yaşayış evindən oğurluq edən gənclər saxlanılıb.Onlardan biri evinə qonağ gələn qohumunun geyiminin cibindən açarları oğurlayıb və daha sonra cinayət əməlini törədib.

  • Space TV
  • 30 Yanvar 2020 16:52

Rayon sakini Xantemir Səfixanovon  fərdi yaşayış evindən oğurluq edilib. Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən  əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayonun üç sakini, Ramin Teymurxanov, Məhəmməd Məmmədov və Turqay Orucov saxlanılıblar.Onların zərərçəkənin qohumları oğlduğu müəyyənləşib.Saxlanılan zaman oğurluq yolu ilə əldə edilən müxtəlif növ içkilər, planşet, mobil telefon, telefon aksesuarları, dülgər alətləri və digər əşyalar maddi sübut kimi polis əməkdaşları tərəfindən onlardan götürülüb.Saxlanılanlarda Ramin Teymurxanov evinə qonaq gələn qohumunun cibindən evin açarlarını oğurladığını və daha sonara planlaşdırdığı əməlini həyata keçridiyini qeyd edib.

Hazırda faktla bağlı Quba RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, onların digər cinayət əməllərində iştiraklarının olub-olmaması araşdırılır.

Emin Vaqifoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun