Koronavirus infeksiyasının yayıldığı bir çox ölkələrdə olduğu kimi bu virusdan qorunmaq üçün istifadə olunan bəzi dərman vasitələri, o cümlədən tibbi maskalara ölkəmizdə də tələbat artıb.Bu özünü rayonlardakı apteklərdə də görstərir.Çəkilşə səhər saat 8 radələrindən başladıq.Rayondakı bir sıra apteklərin qarşısı boş olduğu halda bir aptekin qarşısında vətəndaşların sıxlığı daha doğrusu aptekin açılmasını gözləyən çoxlu sakinləri müşahidə etdik.
Sakinlər deyir ki,təkcə bu aptekdə maska satılır o da səhər saatlarında onun üçün də növbə gözləyirlər.
Cəmi bir saat ərzində maska satışı bitir.Hamı maska almağa çalışır,amma belə halda onalar özlərini də təhlükə altına atırlar.
Bəs doğurdanmı rayonda cəmi bu aptekdə maska var?Çəkilişmizi digər apteklərdə davam etdiririk.
Bəzi şəsxlər isə maska olduğu halda onalara satılmadğını bildirdi.
Bunun nə dərəcə doğru olub olmadığını yoxladıq.
Bəli maska var, amma satılmır.
Sizin kimi bizə də maska olduğu halda niyə satılmadığı maraqlı qaldı .Suallarımıza bəzi aptek sahibləri indi bitmişdi gətirdilər,bəziləri bunu inkar etdi,bəziləri isə sadəcə susmağa üstünlük verdi. Nəyin doğru, nəyin yanlış olduğunun siz də şahidi oldunuz .Biz isə sakinlər kimi bu problemin tezliklə həll olunmasna ümid edirik.Ümid edək ki,bu xəstəlik tezliklə bitsin,bəzi aptek sahiblərinin isə maskaları elə özlərinə qalsın
Emin Vaqifoğlu SPACE TV