Qubada Bu kəndin küçəsi özü-özünə işıqlanır.

  • SpaceTV
  • 24 Fevral 2020 16:06

Yolun işıqlandırılması üçün ərazidə 4 ədəd günəş paneli quraşdırılıb. Bu panellər vasitəsi ilə kəndin mərkəzi küçəsi fasiləsiz olaraq işıqlandırılır.Əvvəllər yolda işıqlandırılma sistemi olmadığından qaranlıq vaxtı sakinlər böyük çətinliklərlə üzləşiblər.İndi isə onlar bu ərazidən çox rahat şəkildə hərəkət edirlər.

Bu enerjinin üstünlüklərindən biri də elektrik enerjisi olmadan,heç bir xərc tələb etmədən və işçi qüvvəsi olmadan  küçənin işıqlandırılmasıdır.İşıqlandırılma sistemi avtomotik olaraq işə düşür.Yəni gecə olanda yanır,səhər olanda isə avtomotik olaraq sönür.Rayonun Rustov kəndindəki bu layihə Azərbaycan höküməti ilə ABŞ-ın ölkəmizdəki səfirliyi tərəfindən həyata keçirilib.

Layihə həyata keçirilməmişdən öncə ərazinin relyefi və günəşin düşmə bucağı hesablanıb. Artıq 4 ildir ki,fasiləsiz olaraq istifadədə olan bu sistem 1600 sakini olan kəndin xidmətind

Emin Vaqifoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun