Qubada bir kəndin bayram sevinci

  • Space TV
  • 7 Yanvar 2020 11:42

Xüsusi ilə bayram ərəfəsində yolun asfaltlanaraq sakinlərin istifadəsinə verilməsi kənd sakinlərinin daha çox sevincinə səbəb olub.Onlar artıq yol sarıdan çətinliklərinin arxada qaldığını bildiriblər.

Yol həm də zaman baxımlndan  rayonla gediş-gəlişi qısaldıb.Əvvəllər bir saat olan yol indi 15-20 dəqqiqə ərzində gedilir.Ölkəmizin ən səfalı güşələrindən olan Kürkün kəndi turizm potensialına da  malik olan yaşayış məntəqələrindəndir,dəniz səviyyəsindən min metr yüksəklikdə yerləşən bu kəndə gediş-gəliş əvvəllər çətin olduğundan turistlərin də bura marağı az idi.Lakin yeni salınan bu yol həm turistlər,həm də yerli sakinlər üçün əlverişli imkan yaradıb.

Qeyd edək ki, bu kəndin tarixi Qafqaz Albaniyasına gedib çıxan Qorqan, Qorkan və Kyurkan adlarından yaranma ehtimalı var. “Yüksəkliyin yamacı” mənasını bildirən Kürkün kəndində hazırda 350 nəfər əhali yaşayır

.Emin Vaqifoğlu SPACE TV                      

Paylaş

 Xəbəriniz olsun