Qubada Bələdiyyə seçkiləri davam edir

  • Space TV
  • 23 Dekabr 2019 14:48

Bütün məntəqələrdə olduğu kimi  Qubadakı məntəqələr də zəruri texniki vasitə, elektrik enerjisi, rabitə şəbəkəsi,veb kamera və yanğın təhlükəsizliyi ilə təmin olunub.Seçicilərin öz mövqelərini sərbəst şəkildə bildirmələri üçün kabinələr qoyulub.53 saylı Quba-Qusar seçki dairəsində  48624-nəfər ,51 saylı Qusar DSK-da 44 min 440 nəfər,55 saylı Xaçmaz şəhər DSK-da 44 min 339, 56 saylı Xaçmaz kənd DSK-da 46 min nəfər  seçici qeydiyyatdadır.Ən çox seçici isə 54 saylı Şabran Siyəzən DSK-da qeydə alınıb. Burada seçicilərin sayı 52 min 200 nəfərdir. Qeyd edək ki, şimal bölgəsində ümümilikdə 366 məntəqədə 282 min 555 nəfər seçici qeydiyyatdadır.Bunlardan 4350-nəfəri səs vermədə ilk dəfə iştirak edənlərdir.Bələdiyyə üzvlüyünə namizədlərin sayı isə bölgə üzrə 3051 nəfərdir.

Emin Vaqifoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun