Qubada ana və 3 övladı itkin düşüb

  • SpaceTV
  • 20 Yanvar 2020 17:46

1993-cü il təvəllüdlü İsayeva Əfsanə Cəmil qızı yanvarın  17-də günorta saatlarında 9 yaşlı qızı Nurcanı, 8 yaşlı oğlu Nurlanı və 1 yaşlı oğlu Sərxan İsayevi götürərək evdən çıxıb və bir daha geri qayıtmayıb. Onlar Xızı rayonu, Qızıldərə ərazisində yerləşən fermada müvəqqəti yaşayıblar. Əslən Qubanın Dalıqaya kəndindən olan ailə həmin əraziyə bir neçə aydır ki,işləməyə gedib.İtkin düşən qadının qardaşı bacısının evdən getməsinə səbəb kimi  aildə baş verən münagişədə görür.

O deyir ki,ailə arasında tez-tez münaqişələr baş verib.O,əri tərəfindən dəfələrlə döyülüb.Axırıncı dəfə isə həyat yoldaşı Səxavət İsayev  tərəfindən  qadın at sürmək üçün istifadə edilən qamçı ilə döyülüb.

Həsrət Heydərov televiziyamız vasitəsi ilə  bacısına müraciət edib.

Atrıq qadının itkin düşməsi ilə bağlı  Daxili İşlər Nazirliyinin (DİN) “102”  xidməti zəng mərkəzi sisteminə müraciət edilib.Bu şəxsləri görənlərdən  DİN-nin “102” xidmətinə, Xızı RPŞ-nə (023 315 01 31 və (055) 366 33 54 nömrəsinə məlumat vermələri xahiş olunur.

Emin Vaqifoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun