Quba rayonun Qaraçay kəndi ərazisində yerləşən evlərin birindən içərisində pul və qızıl-zinət əşyaları olan seyf oğurlanıb

  • Space TV
  • 30 Mart 2020 15:23

Quba rayonun  Qaraçay kəndi ərazisində yerləşən evlərin birindən içərisində pul və qızıl-zinət əşyaları olan seyf oğurlanıb. Araşdırmalarla oğurluq hadisəsini törədənlərin həmin kənd sakinləri Əli Əliyev və Seyfəlmülk Eldarov olduqları müəyyən edilib. Onlar  hadisənin baş verdiyi evə gecə saatlarında qanunsuz daxil olaraq oradan içərisində pul və qızıl-zinət əşyaları olan seyfi oğurlayıblar. Daha sonra isə əldə etdikləri pulların bir qismi ilə özlərinə üç ədəd mobil telefon, aksesuarlar, elektron qəlyan və geyin əşyaları alan cinayətkarlar,  pulların bir qismini isə rayon ərazisində yerləşən otel və iaşə obyektlərində xərcləyiblər. Dindirilmə zamanı hər iki gənc törətdikləri oğurluq hadisəsini etiraf ediblər.

Oğurlanan qızıl-zinət əşyaları və pulların çox hissəsi, eləcə də oğurluq zamanı istifadə edilmiş bir ədəd balta polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.Qeyd olunan hadisə ilə bağlı Quba RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, həmin şəxslərin analoji hadisələrdə iştirak edib-etməmələri araşdırılır.

Emin Vaqiifoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun