Erməni yazar Adelle Nazarıyan: ”Erməni antisemitizminə qarşı çıxmaq vaxtıdır”

  • SpaceTV
  • 8 İyul 2019 13:43

Xüsusi elçi Elan Karra açıq məktub: Erməni antisemitizminə qarşı çıxmaq vaxtıdır.

Hörmətli xüsusi elçi Karr,

antisemitizmi nəzarətdə saxlamaq və yox etmək üçün xüsusi elçi kimi, sizin vəzifə borcunuzda “Birləşmiş Ştatların bütün dünyada antisemitizmə qarşı olan layihələr və siyasətini istiqamətləndirməkdir”.

Sözsüz ki, bu asan iş deyil. Buna baxmayaraq, mən sizinlə olan bu və digər məsələlər ilə bağlı son bir neçə ildə birbaşa söhbətlərimdən və fəaliyyətinizi izləməkdən, qəti şəkildə sizin bu işi görməyə etibar və qətiyyətinizin çatmasına inanıram.

Bildiyiniz kimi, Müasir Avropa Yəhudilərinin Öyrənilməsi Mərkəzinin verdiyi məlumata görə, 2018-ci ildə Fransada 74 faiz daxil olmaqla, bütün dünyada zorakı antisemitik hadisələr 13 faiz artmışdır.

Yəhudi təhlükəsizliyinin belə çətin vaxtlarından məlum olur ki, siz məsuliyyəti tam olaraq üzərinizə götürmüsünüz. Siz nəinki əsrlərlə davam edən köhnə antisemitizm formalarını, həmçinin “antisionizm kimi maskalanan yeni antisemitizm formalarına” qarşı da mübarizə aparmaq barədə öz qətiyyətinizi ifadə etmisiniz.

Sizi həvəsləndirməklə, diqqətinizi qazana bilməyən digər bir yəhudi-nifrəti formasına yönəltmək istəyirəm.

Yərusəlimin qədim şəhərində Şavout bayramı ərəfəsində 60 nəfər erməni kilsəsi tələbələrinin yəhudilərə işgəncə vermək cəhdləri ilə bağlı xəbəri əsas götürərək, indi isə narahatedici erməni antisemitizmi barədə danışmağın vaxtıdır.

Bilirdinizmi ki, dünyanın 100 ölkəsində antisemitik davranışlar ilə bağlı araşdırma apararkən antidefamasiya liqası Ermənistanın Yaxın Şərq və Şimali Afrikadan başqa, 58 faiz antisemitizm indeks xalı ilə 3-cü yerdə qərarlaşıb?

Ermənilərin əksəriyyəti inanırlar ki, yəhudilərin biznes dünyasında (72 faiz) və maliyyə bazarlarında (68 faiz) həddindən çox gücə sahib olmaları və ölkələrinə yaşadıqları yerlərdən daha sadiq olmaları (68 faiz), beynəlxalq məsələlərdə həddindən çox təsir gücünə malik olmaları (51 faiz) və Amerika Hökuməti tərkibində həddindən çox nəzarətə sahib olmaları kimi mütəmadi törədilən çirkin antisemitik sui-qəsd nəzəriyyələri “yəqin ki düzgün addımdır”. Antidefamasiya liqasının sorğusu nəticəsində məlum oldu ki, ermənilər antisemitik stereotiplərə iranlılardan (56 faiz) daha çox müraciət edirlər. Bu bir saniyəlik nəzərinizdə qalsın.

Bundan əlavə, bir təhqiqat mərkəzinin apardığı araşdırma nəticəsində ermənilərin 32 faizinin yəhudiləri bir yerdə yaşaya biləcək sıravi vətəndaş kimi qəbul etmirlər.

Antisemitizm açıq və aydın şəkildə ifadə edilən zaman kifayət qədər təhlükəlidir. Bəli, şübhəsiz ki, bu gizlədiləndə hətta daha ölümcül bir formaya çevrilir. Erməniəsilli amerikalı jurnalist Devid Boyajyanın “Xarici siyasət jurnalında” olan məqaləsinə diqqət yetirin: “İkiüzlü yəhudi təşkilatları və erməni soyqırımı”.

Müəllif İsrail dövləti ilə ilk dəfə olaraq müsəlman əlaqələri quran Azərbaycandan “Dostluq Ordeni”ni qəbul etdiyi üçün Amerika Yəhudiləri Komitəsini və onun sədri Devid Harrisi hədəf götürüb.

Boyajyan – “bir çox dünyaşöhrətli yəhudi yazarlar İsrailin Ermənistanın əksinə olaraq, Azərbaycan neftini alaraq milyardlarla silahı ona satdığına görə Amerika ermənilərini və Ermənistana məmnuniyyətlə böhtan atırlar” deyə şikayətlənir. Boyajyanın sətiraltı sözlərini diqqətlə oxumaq sizin üçün vacibdir, cənab Karr.

Burada əsl böhtan müəllifin özünün Azərbaycan-İsrail münasibətlərinin əsas müzakirə mövzusunun Ermənistanla bağlı olması deməsindən sonra gəlir.

Sözsüz ki, burada Respublikaçı İlhan Omarın “Capitol Hill” də İsrailə dəstək üçün dediyi “Benjaminlər haqqında hər şey” sözünə Amerika-İsrail İcitmai Əlaqələr Komitəsi (AİİƏK), Anti-defamasiya Liqasının (ADL), Amerika Yəhudiləri Komitəsinin (AYK),”B’nai B’rith International” təşkilatı və konqress üzlərinin toxunduğu bu məsələni Boyajyan ittihamları ən minimum həddə endirməklə yenidən eyni mövzuya toxunur.

Erməni yazarın fikrincə, Omarın klassik antisemitik stereotipdən istifadə etməklə, yeni antisemitizmi tanıtması, necəsə elə antisemitizm demək deyil.

Onun yəhudi təşkilatlarının “Konqresdə erməni soyqırımı ittihamlarına qalib gəlmək üçün Türkiyə ilə birləşib” kimi heç bir sübutsuz ittiham etməsi ilə-Boyajyan erməni siyasətçilərinin bəzilərinin təəccüblü olaraq Avropa yəhudilərinin soyqırımını tanımamaqla, Soyqırım dövrü faşistlərini necə ölümsüzləşdirdiklərini arxayınlıqla rədd edir. Faktiki olaraq, Ermənistanın sabiq baş naziri Qrant Boqratyan vaxtilə “Bəziləri İsrail erməni soyqırımını tanımayana qədər bizim də Yəhudi soyqırımını tanımamalı olduğumuzu deyirlər” fikrini söyləmişdir.

Nəhayət, Boyajyan “Amerikannın xüsusi soyqırım və antisemitizm elçisinin olmasını” deyilməsini istəyir. Bəli, o sizin barənizdə danışır, cənab Karr.

Antisionizm və antisemitizm arasındakı gizli bağlılığın olmasını dünyaya sübut edəcəyiniz bu macəranızda Louis D. Brandeisin dediyi kimi “Günəş işığı dezinfeksiyaçıların ən yaxşısıdır”. İndi vəzifənizin gücündən istifadə edib erməni antisemitizm məsələsini ikiqat gündəmə gətirməklə digər bir örtüyü çəkib. Bu nifrətin həqiqi rənglərini ifşa etmək vaxtıdır.

Səmimiyyətlə,

Adelle Nazarıyan

Paylaş

 Xəbəriniz olsun