Qroznıda Müslüm Maqomayevin xatirəsinə beynəlxalq müsabiqə keçiriləcək

  • SpaceTV
  • 15 Avqust 2019 14:05

Space.TV –nin TASS agentliyinə istinadən verdiyi xəbərə görə, avqustun 15-dən 17-dək Rusiyanın Çeçenistan Respublikasının paytaxtı Qroznı şəhərində SSRİ Xalq artisti Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş “Orfey 2019” beynəlxalq müsabiqə keçiriləcək.

Bu barədə məlumatı, Çeçenistanın Mədəniyyət Nazirliyinin mətbuat xidməti verib.

Festivalın əsas məqsədi Müslüm Maqomayevin yaradıcılığının təbliğ edilməsidir.

Müsabiqə yalnız  18-22, 23-27, 28-35 yaş kateqoriyalarından olan gənclər qatıla biləcək. Müsabiqə “solo ifa” nominasiyası üzrə keçiriləcək.

İkinci tura keçəcək iştirakçılar Qran-Pri mükafatı uğrunda yarışacaq.

Paylaş

 Xəbəriniz olsun