Qoz ağacından yıxılıb, xəsarət aldı

  • SpaceTV
  • 21 Oktyabr 2019 15:34

Qoz yığmaq istəyi az qala ölümlə nəticələnəcəkdi. Bədbəxt hadisə Astaranın ucqar dağ kəndlərindən biri olan Pəlikeşdə baş verib. Belə ki, 31 yaşlı kənd sakini Mehman Qasımov evlərinin yaxınlığındakı meşədə ağacdan qoz yığarkən ehtiyatsızlıq edib, ayağı sürüşüb və yerə yıxılıb. Ağır bədən xəsarətləri alan yaralı üçün yaxınlarının köməyilə təcili tibbi yardım briqadası çağırılıb. Mehman Qasımov dərhal təcili yardım maşınıyla Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin diaqnostik müayinələr zaamanı onun qapalı kəllə-beyin travması, boyun fəqərələrinin zədələnməsi, hər iki qol və əl sümüklərində sınıqlar qeydə alınıb. Hazırda Reanimasiya Şöbəsində müalicə alan yaralının vəziyyəti ağır olaraq qalır. Faktla bağlı araşdırma aparılır.

Rövşən Almazoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun