Qoyunlar köpəklərin hücumuna məruz qalıb

  • Space TV
  • 22 Noyabr 2019 12:46

Elçin Əliyev özünü qorusa da, qonşusunun qoyunlarını xilas edə bilməyib. Xeyli sayda it Samux rayonunun Çobanabdallı kəndindəki fərdi təsərrüfatlardan birinə hucum edərək orada saxlanılan xırdabuynuzlulara xəsarət yetirib. Bir qoyun və 7 ev quşu isə məhv olub. Hadisə vaxtı evdə olmayan təsərrüfat sahibi sonradan gəlib gördüklərinə inanmayıb.

Ölmüş heyvan və quşlar baytar həkimlərin iştirakı ilə yandırılaraq basdırılıb.  Samux rayon Baytarlıq İdarəsinin həkimləri yaralı heyvanlara ilkin yardim göstərib, təsərrüfat sahibinə müvafiq tövsiyələrini çatırıblar.

 “Biz dərhal hadisə yerinə gəldik. Baxış keçirdik. Bir baş heyvanı öldürüb. 11 baş heyvanın isə müxtəlif nahiyyələrindən xəsarət yetirib. İlk yardım göstərildi. Sahibinə tapışırıldı, 10 gün burada baytarlıq xidməti aparılacaq”. 

Çobanabadallı sakinləri sahibsiz itlərin kənd ərazisində çoxluq təşkil etidiyini iddia edirlər. Təsərrüfat sahibi İltifat Abdullayev zərər çəkən heyvanları özünüməşğulluq proqramı çərçivəsində əldə edib.

Zakir Muradov SPACE TV

Paylaş

 Xəbəriniz olsun