Qoyunçuluq

  • SpaceTV
  • 4 Oktyabr 2019 18:53

Ölkəmizin təsərrüfatlarında iri buynuzlu mal-qaranın artırılması üçün  geniş tətbiq edilən qabaqcıl üsullar, cins xüsusiyyətlərini nəzərə alaraq artıq xırda buynuzlu heyvanlar üçün də öyrənilməkdədir. Məhz bu məqsədlə Respublika  Heyvandarlıq Elmi-Tədqiqat İnistitu  da Kənd Təsərrüfatı Nazilriyinin dəstəyi ilə xarici mütəxəssisləri  bölgələrimizdə elmi tədqiqat işlərinə dəvət edib. Mütəxəssislər Türkiyədən gələn mütəxəssislər  qoyunçuluq sahəsində heyvanların çoxalması yönnündə “süngərləmə” sisteminin tətbiqi üzrə öz təcrübələrini bölüşəcəklər.

Qeyd edək ki “süngərləmə” üsulu Azərbaycanda yeni tətbiq olunsa da inkişaf etmiş dövlətlərdə bu prosses uğurla sınaqdan keçirilib və hazırda  olduqca geniş tətbiq edilməkdədir. İspaniya, Yeni Zenladiya, Avstriya eləcə də Türkiyənin özündə qoyunçuluğun inkişafı bu üsulun tətbiqi daha geniş yayılıb. Bu üsul heyvanların istər mövsüm içərisində və istər də qeyri-mösvümi  zamanlarda mayalanmasını təşkil etməklə  baş sayının əhəmiyyətli dərəcədə artımına nail olmaq məqsədi daşıyır.

Qarşıya qoyulan əsas hədəflərdən biri də bu üsulun yerlərdəki fermer təsərrüfatlarında geniş miqyasda tətbiqinə nail olmaqdır.

Bildirək ki mütəxəssislərin elmi tədqiqat işləinə dəvət olunmasından öncə qoyunçuluğun perspektivləri istiqamətində geniş araşdırma aparılıb. Belə ki,8 dən çox elmi tədqiqat inistitutlarında, o cümlədən ali təhsil ocaqlarında bu yöndə tədqiqatlar üçün  müqavilələr imzalanıb. Rəsmi statistikaya görə hazırda ölkə təsərrüfatlarında 13 cinsdən ibarət olan 8 milyon 600 min baş qoyun saxlanılır. Yerli cinslərdən bir neçəsinin məhv olma təhlükəsinin mövcudluğu nəzərə alınaraq, onların saxlanılması və artırılması istiqamətində də xüsusi tədbirlər görülr.

Zakir Muradov SPACE TV

Paylaş

 Xəbəriniz olsun