Qoyun otaran gənci elektrik cərəyanı vurdu

  • SpaceTV
  • 9 Oktyabr 2019 11:27

Qubada qoyun otaran gənci elektrik cərəyanı vurub. 

SPACE TV xəbər verir ki, hadisə rayonun Yerfi kəndində qeydə alınıb.

Kənd sakini, 18 yaşlı Cabir Babayev qoyun otararkən əlindəki çomağı yaxınlıqdan keçən elektrik xəttinə toxundurub. Çomaq yaş olduğu üçün, gənc oğlanı elektrik cərəyanı vuraraq öldürüb.

Hazırda faktla bağlı Quba rayon Prokurorluğunda araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun