Qoyun oğruları saxlanıldı

  • Space TV
  • 12 Noyabr 2019 13:21

Sabirabadın Əlicanlı kənd sakini Adilə Ağayeva rayon polis şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus fərdi yaşayış evinin tövləsindən  ümumi dəyəri 1640 manat olan 13 baş xırdabuynuzlu heyvanın oğurlanması ilə bağlı məlumat verib. Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş rayonun  Yolçubəyli kənd sakini Hüseynov Atəş Ağahüseyn oğlu və Qaralı kənd sakini Səmidov Mirkamil Kamil oğlu saxlanılıb.

Dindirilmə zamanı hər iki şəxs törətdikləri cinayət əməlini etiraf ediblər.

Faktla bağlı Sabirabad RPŞ-nin İstintaq bölməsində cinayət işi açılıb, araşdırma aparılır.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun