Qorxulu zarafatlar

  • SpaceTV
  • 14 Oktyabr 2019 19:08

Elə zarafatlar var ki, insanın ürəyini dayandıra bilər. Xüsusilə də qorxulu zarafatlar. Ona görə də zarafat edərkən qarşımızdakı insanın buna hazır olub-olmadığına əmin olmalıyıq. Əks halda etdiyimiz zarafatlar  gülməli yox, ağlamalı nəticələr verə bilər.

Bu əslində zarafat kimi görünsə də insanlarda bəzi xəstəliklərin yaranmasına,  hətta ölümə belə səbəb ola bilir. Həkim Həbibə Mirzəyevanın sözlərinə görə,  ağır nəticələr kimi,  çəkinin sürətlə artıb – azalması və ya qorxma nəticəsində ortaya  çıxan şəkərli diabet xəstəliklərini misal göstərə bilərik.

Xatırlatmaq yerinə düşər ki, istedalı müğənni, hələ kiçik  yaşlarından gözəl ifası ilə tanınan müğənni Xeyransa Məmmədova məhz uşaqkən qorxub və nəticədə şəkər xəstəliyinə tutulmuşdu. Və bu xəstəliyin nəticəsində də, gənc yaşda, 29 yaşında dünyasını dəyişib. Psixoloq Gülər Məmmədova bildirir ki, qorxunc zarafatlar insanlarda yuxu pozğunluğu,depressiya, qida rejimi pozğunluğu, özünə qapanma halları yarada bilər.

Qeyd edək ki, hər hansı qorxu nəticəsində stress yaşandıqda təzyiqin yüksəlməsi, beyinə qan sızma,infakt kimi hallar da istisna edilmir. Zarafat gülmək üçündür çalışaq ki,bir birimizlə zarafat edərkən onu faciəyə çevirməyək.

Paylaş

 Xəbəriniz olsun