Qonşusunun imkanlı olmasından istifadə edən gənc onların pulunu ələ keçirmək üçün evlərini qarət edib.

  • Space TV
  • 11 Mart 2020 16:39

Şəmkir sakini 23 yaşlı İslam Vəliyev yanvarın əvvələrindən başlayaraq fevralın sonunadək yaşadığı ünvanın yaxınlığında yerləşən üç evi qarət edib. Mənzillərdə heç kimin olmadığından xəbərdar olan nankor qonşu əsasən gecə saatlarında çirkin əmələ əl ataraq televizor, noutbuk və digər qimyətli əşyaları qənimət bilib.  

İslam Vəliyev polisə verdiyi ifadəsində oğurluq yolla əldə etdiyi televizoru noutboku və qimyətli qab-qacaqları müxətlif şəxslərə satdığını pulunu isə mərc oyunlarına xərclədiyini deyib. Artıq onun oğurladığı bütün əşyalar tapılaraq istintaqa təqdim olunub.

Hazırda saxlanılan şəxsin ətrafında əməliyyat tədbirləri davam etdirilir. Onun digər ünvanlarda oxşar cinayətlər törədib törətmədiyi araşdırılır.

VASİF VAQİFOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun