Qonşunun əlindən bezənlər Space TV-ə üz tutdu – VİDEO

  • SpaceTV
  • 13 Avqust 2020 14:57

Abşeron rayonu, Masazır qəsəbəsi, dalan 4-də yaşayan bir neçə ailə qonşudan sikayət edir. Deyirlər gah pənəcərəmizə daş dəyir, gah da gecənin bir yarısı əcaib səslərə oyanırıq.  

Space TV-nin xəbərinə görə, qonşular iddia edir ki, həmin ünvanda yaşayan ana-bala Qalina və Dima spirtli içki qəbul edərək, hər gün dalaşır və qonşulara da, necə deyərlər, qorxulu anlar yaşadırlar. 

Deyilənə görə, məsələ bununla da yekunlaşmır. Qalinanın oğlu Dima bütün qonşuları təhqir də edir. Şikayət olunan evdənsə qapını üzümüzə açan olmadı. Qonşusunun əlindən zara gəlmiş şəxslər problemin necə və hansı yolla həll olunacağını bilmirlər. O məşhur atalar sözünü də xatırlatmaq,“qonşun pisdir köç qurtar” da demək olmur, çünki burada ev almağa gələn müştərilər də deyilənə görə Qalinanı və Dimanı görüb, gəldikləri yolla geri qayıdırlar.

TURAL ŞAHİNOĞLU, HƏSƏNAĞA DADAŞOV, SPACE TV

Paylaş

 Xəbəriniz olsun