Dava rayonun Alunitdağ qəsəbəsində qeydə alınıb. 1968-ci il təvəllüdlü Lətifə Firudin qızı davadan iki gün sonra Gəncənin təcili tibbi yardım xəstəxanasına gətirilib və orada yerləşdirilib. Xəstə iddia edir ki, o, qonşuları tərəfindən döyülüb. Qadının sözlərinə görə, xüsusən qonşunun 22 yaşlı qızı ona daha çox xəsarət yetirib. O, həmçinin qeyd edib ki, qonşuları ilə uzun müddətdir ki, münaqişə şəraitində yaşayırlar.Qadın bədəninin bir neçə yerində müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Qadının vəziyyəti orta-ağır qiymətləndirilir.Fakt ilə bağlı Daşkəsən rayon Polis İdarəsində araşdırmalar aparılır.
Zakir Muradov SPACE TV