Qonşu qonşunu kürəyindən bıçaqladı

  • SpaceTV
  • 2 Oktyabr 2019 11:29

Abşeronda bıçaqlanma hadisəsi baş verib.

Pirküşkül qəsəbəsində 2 qonşu arasında mübahisə yaranıb.

Əlbəyaxa davaya çevrilən mübahisə zamanı 1989-cu il təvəllüdlü Əliyev Ruslan Əli oğluna qonşusu tərəfindən bıçaqla xəsarət yetirilib.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq cərrahi əməliyyat edilib.

Kürək nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulan R.Əliyev reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun