Qonşu ölkədə sel və qar həyatı iflic etdi – Ölən var

  • Space TV
  • 21 Dekabr 2019 13:10

İranın 14 vilayətində sel, qar, şaxta nəticəsində 26 290 zərərçəkənə yardım edilib.

SPACE TV-in məlumatına görə, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin Yardım və Xilasetmə Təşkilatının sədri Murtaza Səlimi deyib.

M.Səliminin sözlərinə görə, ötən 5 gün ərzində İranın 14 vilayəti – İsfahan, Buşehr, Çahar-Mahal və Bəxtiyari, Xuzistan, Zəncan, Fars, Qum, Kirman, Kürdüstan, Kohgiluyə və Buyir-Əhməd, Lorestan, Mərkəzi, Mazandaran və Hörmüzqan vilayətlərində sel və qar fəsadlara səbəb olub.

Səlimi əlavə edib ki, 1 732 nəfər isə müvəqqəti sığınacaqlarda yerləşdirilib.

Təşkilat rəsmisi Hörmüzqan vilayətinin Bəndər-Abbas rayonunda təbii fəlakət nəticəsində 1 nəfər həlak olduğunu deyib.

“245 avtomobil qardan çıxarılıb, 281 mənzildən su təxliyə olunub”, – deyə o qeyd edib.

Paylaş

 Xəbəriniz olsun