“Qonarar çatdırılsın”

  • Space TV
  • 29 Oktyabr 2019 15:47

Çalışmaq lazımdır ki,müəlliflər üçün yığılan qonorar çatdırılsın  və ədalətli pay bölgüsü təmin edilsin. Bunu əqli mülkiyyət agentliyinin idarə heyətinin sədri Kamran İmanov “Müəllif hüququ və əlaqəli hüquqların kollektiv əsasda idarə edilməsi: əsas prinsiplər və beynəlxalq təcrübə” mövzusunda keçirilən beynəlxalq regional seminarda jurnalistlərə müsahibəsində dedi.

Agentlik sədri  həmçinin qeyd etdi ki, son rəqabətqabiliyyətlilik indeksinə əsasən, Azərbaycan “əqli mülkiyyətin qorunması” göstəricisi üzrə 141 ölkə arasında 30-cu yerdə qərarlaşıb. 2015-2016-cı illərdən, yəni islahatların yeni mərhələsindən başlayaraq, bu göstərici ardıcıl olaraq yaxşılaşır.

Tədbirdə çıxış edən agentlik sədri müəllif-hüquq sahəsində kollektiv idarəetmə məsələlərinin önəmi barədə danışdı. O qeyd etdi ki, müəllif-hüquq sisteminin bu istiqaməti yaradıcıları stimullaşdırmalı, onların əsərlərinin istifadəsi ilə bağlı qonorar yığımını təşkil etməli, hətta müəllifləri layiqincə həvəsləndirməklə müəllif-hüquq sisteminin nüfuzunu artırmalıdır.Qeyd edək ki, beynəlxalq seminarda Polşa, Türkiyə, Rusiya, Ukrayna, Qazaxıstan və digər ölkələrdən qonaqlar iştirak edib.

NƏRGİZ ƏRƏSTUNQIZI SPACE TV

Paylaş

 Xəbəriniz olsun