Qonaq ev sahibini qarət edib

  • SpaceTV
  • 4 Dekabr 2019 16:15

Samux sakini Rəhman Zeynalov evdə olmadıqları müddətdə yaşadıqları mənzilin qarət olunduğunu barədə rayon polis şöbəsinə müraciət edib. Evdən 4500 manat nəğd pul oğurlanıb. Əməliyyat axtarış tədbirlərinə başlayan polis əməkdaşları cinayətin üstünü açmaağa müvəffəq olub. Aydınlaşıb ki, qarəti bir müddət əvvəl zərərçəkənin evində qonaq olan şəxs törədib.

Etdiyi oğurluğu etiraf edən və hadisəni sərxoş olduğu vaxt törətdiyini bildirən Məzahir Hüseynov əvvəlcədən pulun saxlanc yerini öyrəndiyini və evdə heç kimin olmamadığı vaxt seyfi qarət etdiyini deyib.

Saxlanılan Məzahir Hüseynovun barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə iş başlanılıb. İstintaq aparılır.

Zakir Muradov SPACE TV

Paylaş

 Xəbəriniz olsun