Qolf operatorları görüşdü

  • SpaceTV
  • 28 Sentyabr 2019 13:23

Azərbaycanda Hindistan, Çin, Türkiyə, Serbiya, İsveç, Almaniya, Cənubi Koreya, Vyetnam və Böyük Britaniya kimi müxtəlif ölkələrdən olan aparıcı qolf operatorları qrupunun görüşü təşkil edilib.

Dörd gün davam edən səfər zamanı Beynəlxalq Qolf  Turoperatorları  Assosiasiyası ilə əməkdaşlıq çərçivəsində, iştirakçılar Qolf  üzrə Azərbaycan Kubokunda yarışıb, Azərbaycanın dünya səviyyəli iki qolf klubunu, Bakının mərkəzindən cəmi 20 dəqiqəlik məsafədə yerləşən möhtəşəm “Dreamland” Qolf Klubu və Bakı şəhərindən 2 saatlıq məsafədə yerləşən, “Guba Palace” otelinin ətrafında, əsrarəngiz yaşıl meşələr qoynunda yerləşən Milli Azərbaycan Qolf Klubunu ziyarət ediblər.  İştirak edən turoperatorlar qeyd etdilər ki, bir məkan kimi Azərbaycan qolf oyunçularından ibarət qruplar, habelə qolf Assosiasiyasının səfərləri üçün mükəmməl bir yeni variant olacaq. Adətən 12 – 28 nəfərdən ibarət qolf oyunçuları qrupu, özəl qolf meydançaları olan yeni istiqamətləri aşkar etmək üçün birlikdə səfərlər edirlər. Assosiasiyanın qolf turlarına qolf turnirləri daxil olur və bu baxımdan, oyunçular iki gün eyni sahədə oynamaq imkanı əldə edirlər. Belə oyunlar, Azərbaycanın inkişafına xidmət edir.

Beynəlxalq Qolf Turoperatorları Assosiasiyasının icraçı direktoru Piter Uolton Azərbaycanın qolf ünvanı kimi hələ ki, açılmamış bir inci olduğunu, bütün dünyada qolf səyahətçilərinin diqqətini bu ölkəyə cəlb etmək üçün, Azərbaycan Turizm Şurası ilə sıx əməkdaşlığı bundan sonra da böyük məmnuniyyətlə davam etdirəcəklərini söyləyib.

Paylaş

 Xəbəriniz olsun