Qohumunun pulunu mənimsəmək üçün özünü bıçaqladı

  • Space TV
  • 26 Oktyabr 2019 15:20

Bərdə rayon sakini özünü bıçaqlayaraq polisə yalan məlumat verib.
Hadisə rayonun Alpout kəndində yerləşən ” Mal bazarı” adlanan ərazidə qeydə alınıb.
Belə ki, rayon sakini Zabil Əzizli özünə bıçaqla bir neçə xəsarət yetirib. Ancaq o, yaxınlarına zəng edərək tanımadığı şəxslər tərəfindən bıçaqlandığını və üzərində olan 8745 manat pulun mənimsədildiyini bildirib. Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində məlum olub ki, Zabil Əzizli yaxın qohumu  Tahir Qurbanova məxsus 8745 manatı pulu mənimsəmək üçün özü-özünün sol budunnan bir neçə bıçaq xəsarəti yetirib. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Emin Babayev SPACE TV

Paylaş

 Xəbəriniz olsun