Qoca çinarın yaratdığı təhlükə – VİDEO

  • Space TV
  • 2 Sentyabr 2020 12:31

Çinar ağacı böyüdükcə təhlükəsi də artır. Mingəçevirdə beşmərtəbəli binadan hündür olan ağac sakinlərin kabusuna çevrilib. Space TV xəbər verir ki, yağış, külək olan zaman Mingəçevirdə  bu beşmərtəbəli binanın qarşısından keçmək təhlükəli olur. Nəhəng ağacın iri budaqları qırılaraq gedib –gələnlərin üzərinə düşür. Bu qalsın bir yana, nəhəng çinarın qol-budaqları yenicə təmir edilən dam örtüklərini də sıradan çıxarır. Həmçinin yarpaqları tüstü bacalarına doldurub hətta yanğına belə yol açır.

Bina sakinləri yaranmış vəziyyətdən narahatdırlar. Onlar ağacın iri budaqlarının hər an binanın üzərinə düşüb ciddi zərər vura biləcəyindən ehtiyat edirlər. Adiyyatı qurumlar isə sakinlərə texnika yoxdu deyib, vəziyyətdən çıxmağa çalışırlar.

Yaranan vəziyyətlə bağlı Mingəçevir Bələdiyyəsində olduq. Bildirlidi ki, sakinlər onlara müraciət etməyib. Eyni zamanda həmin problemi Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin həll etməli olduğunu söylədilər.  Həmin idarədən də, onlara vətəndaşların müraciətinin olmadığını bildirdilər. Bir sözlə, sakinlərdən yenidən həmin qurumların ünvanına məktub yazmaları istənilir. Bundan sonra yəqin ki, problem həllini tapacaq. Mövzunu diqqətimizdə saxlayacağıq.

Emin Babayev,  Şamo Adıgözəlov, Space TV

Paylaş

 Xəbəriniz olsun