Qobustanda qəzada ölənlərin və xəsarət alanların adları məlum olub

  • SpaceTV
  • 26 Oktyabr 2019 10:56

Qobustanda baş verən qəzada ölənlərin və xəsarət alanların adları məlum olub.

SPACE TV bildirir ki, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində 99-UL-587 dövlət nömrə nişanlı “VAZ 2107” və 10-OA-184 dövlət nömrə nişanlı “VAZ 2106” markalı minik avtomobillərinin toqquşması nəticəsində Ağsu rayon Daşdəmirli kənd sakini, 1966-cı il təvəllüdlü Rüstəmov Əhmədağa Əhmədalı oğlu və Sumqayıt sakini, 1994-cü il təvəllüdlü Rufullayev Samir Cəfərxan oğlu aldığı ağır xəsarətdən hadisə yerində ölüb.

Ağsu sakinləri, 1961-ci il təvəllüdlü Şıxəliyeva Fəridə Balda qızı, 1964-cü il təvəllüdlü Rüstəmova Gülzar Balda qızı, Sumqayıt sakini, 1992-ci il təvəllüdlü Verdiyev Seyidağa Elçin oğlu ağır xəsarətlər aldığı üçün Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun