Qlobal problem-iqlim dəyişkənliyi

  • SpaceTV
  • 13 Yanvar 2020 17:59

Bu gün bəşəriyyəti narahat edən ən ciddi problemlərdən biri də İqlim dəyişmələridir. Qeyri-sabit hava şəraiti yalnız  Azərbaycanda deyil dünyanın bir çox ölkələrində hiss olununur. Avstraliyada baş verən baş dəhşətli meşə yanğınları buna nümunədir.

İqlim Dəyişmələri üzrə Hökümətlərarası Ekspertlər qrupunun son qiymətləndirmə hesabatına görə son 100 ildə Yer kürəsində orta temperatur 0,8 dərəcə artıb. Son 100 illik kosmik müşahidələr göstərir ki, tufanların, çovğunların həm intensivliyi, həm də tezliyi artıb. İsti küləklər, qasırğalar, yağıntılar güclənib.Araşdırmalara əsasən Azərbaycanın əksər rayonlarında yağıntıların illik miqdarında azalmalar müşahidə edilir.

Azərbaycan  qlobal iqlim dəyişmələri zolağına düşən ərazilərdəndir. Son 100 ildə ölkə ərazisində orta illik temperatur  0,4-1,3 dərəcə C-yə qədər artıb. Temperatur artımı regionlardan asılı olaraq qeyri-bərabər paylanır. Buna misal olaraq qış ayında alça ağacının bar verməsini misal göstərmək olar. Belə maraqlı təbiət hadisəsinin biri Göyçayın Birinci Ərəbcəbirli kəndində yaşanıb. Kənd sakini Leyla Hüseynovaya məxsus evin həyətində alça ağacı bar gətirib. Ev sahibi  belə bir hadisə ilə ilk dəfə qarşılaşdığını deyir.

Leyla Hüseynovanın sözlərinə görə, ağacın üzərində bir neçə ədəd meyvə yetişib. Bundan başqa çoxlu  çiçək də açıb.  Adətən alça ağacı yay aylarında, isti havalarda çiçəkləyir və meyvə verir. Amma qışda yetişən bu ağacın məhsulu digərlərindən fərqlənmir. Mütəxəssislər baş verən hadisəyə səbəb kimi iqlim dəyişkənliyini göstərirlər. Qeyd ediblər ki, bu il havaların qış aylarında isti keçməsi bu cür təbiət hadisələrini qaçılmaz edir.

Digər belə təbiət hadisəsiMasallıda Rudəkəran kənd sakini İsaq Həmidovun  bağında qeydə alınıb. Bağ sahibi deyir ki, havaların isti keçməsi səbəbindən dekabr ayında  çiçəkləyən ağac indi  bar verib.

Kənd sakinləri də ilk dəfədir belə bir halla  qarşılaşdıqlarını deyirlər.

Məhsula gəldikdə isə, alçanin dadında,tamında heç bir fərq yoxdur. Havaların mülayim keçməsi nəticəsində ağac 1 kq-a yaxın məhsul olub.

Mütəxəssislərin fikrincə,ümümiyyətlə alça ağacı payız-qış aylarında artıq dərəcədə gün şüası qəbul etdikdə çiçəklənməyə meyilli olu. Hər il bu ağaclar yalançı çiçəklər açır və az sonra tökülür.Amma alçanın indi bar verməsi əsasən havaların mülaim keçməsi və torpaqin mümbütliyindən irəli  gəlir. Qeyd edək ki,son dövrlərdə cənub bölgəsində alma,gavalı ağaclarının  da ikinci dəfə məhsul verməsi faktları müşahidə olunub. Bəs belə olduğu halda bu ağaclar quruya bilərmi?

İqlim dəyişkənliyi regionlarda quraqlığa da səbəb olub. Bir sözlə, bütün təbiət hadisələrinin  kökündə iqlim dəyişmələri dayanır.

LALƏ ÜLVİQIZI SPACE TV

Paylaş

 Xəbəriniz olsun