Qızın yumruq zərbəsindən sonra oğlanın daxili orqanlarının yeri dəyişdi

  • SpaceTV
  • 12 Dekabr 2019 17:23

Çinin Quandun əyalətində Quançjou şəhər sakini qızın yumruq zərbəsindən sonra xəstəxanaya düşüb.

Bu barədə “Asia One” xəbər verib.

27 yaşlı May sinəsində ağrılar və nəfəs almada yaranan problemlə əlaqədar həkimlərə müraciət edib. O, bildirib ki, problem bir gün əvvəl qızın zarafatyana onun qarnından vurmasından sonra başlayıb. O, bir az istirahətdən sonra düzələcəyinə ümid edirmiş, ancaq ağrı getdikcə artıb.

Müayinədən sonra gəncdə anadangəlmə qüsur – diafraqmatik yırtıq aşkar edilib. Məlum olub ki, yumruqdan sonra Mayın bəzi orqanları qarın boşluğundan sinəsinə keçib. Onları yerlərinə qaytarmaq və diafraqmanın bütövlüyünü bərpa etmək üçün cərrahi əməliyyat lazım olub.

Paylaş

 Xəbəriniz olsun