Qusarda dörd ev qarət olunub.Rayon ərazisindəki mənzillərdən ümumi dəyəri 25.000 manata yaxın olan qızıl-zinət əşyaları oğurlanıb.Qusar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində atrıq oğurluqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Şahin Əfəndiyev saxlanılıb.
Törətdiyi cinayət əməllərini etiraf edən saxlanılan şəxs oğurluq hadisəsini cari ilin avqust-sentyabr aylarında həyata keçirdiyini, oğurladığı qızıl-zinət əşyalarını Bakı şəhərində və Quba rayonu ərazisində dəyərindən ucuz qiymətə satdığını bildirib.
Faktlarla bağlı Qusar RPŞ-nin İstintaq bölməsində cinayət işi başlanılıb. Araşdırma aparılır
Emin Vaqifoğlu SPACE TV