Qızıl-zinət əşyaları oğurlandı

  • SpaceTV
  • 19 Sentyabr 2019 17:07

Qubada qızıl-zinət əşyaları oğurlayan gənc saxlanılıb. Araşdırmalar zamanı Onun başqa bir cinayətdə də əli olduğu sübut olunub.  

Quba Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Bağbanlı kəndində evdən qızıl-zinət əşyaları oğurlayan şəxsi saxlayıb. Araşdırmalarla onun həmin kəndin sakini 19 yaşlı Raman Mirzəyev olduğu müəyyən edilib. Raman Mirzəyevin törətdiyi başqa bir cinayət hadisəsinin də üstü açılıb. Belə ki, saxlanılan şəxs Xaçmaz rayon ərazisində də analoji cinayət hadisəsi törədərək, rayonda yerləşən evlərin birindən zinət əşyaları oğurlayıb. Dindirilmə zamanı o törətdiyi cinayət əməllərini etiraf edərək, oğurladığı qızıl-zinət əşyalarını Xaçmaz rayon ərazisində dəyərindən ucuz qiymətə satdığını bildirib.

Polis əməkdaşları tərəfindən qızılların satıldığı yer müəyyənləşdirilərək, həmin zinət əşyaları maddi sübut kimi götürülüb. Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.                                                

Emin Vaqifoğlu  Space  Quba

Paylaş

 Xəbəriniz olsun