“Qızıl top”un sahibi açıqlandı

  • Space TV
  • 3 Dekabr 2019 11:07

“France Football” nəşri tərəfindən ilin ən yaxşı futbolçusuna verilən “Qızıl top” mükafatının builki sahibi müəyyənləşib.

SPACE TV xəbər verir ki, qalibin adı Parisin “Teatr ve Opera Binası”nda keçirilən mərasimdə açıqlanıb. Bu, Argentina millisinin və “Barselona”nın kapitanı Lionel Messidir. 32 yaşlı hücumçu karyerası ərzində rekord sayda – 6-cı dəfə bu mükafata layiq görülüb.

Qeyd edək ki, “Qızı top”a namizədlər arasında Messidən başqa Kriştiano Ronaldo (“Yuventus”, Portuqaliya) və Vircil van Deyk (“Liverpul”, Niderland) də var idi.

Paylaş

 Xəbəriniz olsun