Ağdaş rayonunun Ləki qəsəbə sakini Gülnar Mollayeva DİN-nin 102 xidmətinə müraciət edərək Ağdaş rayonundan Bakı şəhərinə mikroavtobusla gedərkən Hacıqabul rayonu Muğan qəsəbəsi ərazisində mikroavtobusun yük hissəsində ona məxsus uşaq çantasından 5 min manata qədər dəyərdə qızıl-zinət əşyalarının oğurlandığını bildirib.
Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı
qızıl-zinət əşyalarını oğurlayan Yevlax sakini, 1986-cı il təvəllüdlü əvvəllər məhkum olunmuş Həsrət Bəkirovun olması müəyyən edilərək polis tərəfindən saxlanılıb.
İlkin dindirilmə zamanı o, törətdiyi cinayəti etiraf edib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Təyyar Nəsirli SPACE TV