Qızıl mədənində uçqun: Ölənlər və itkin düşənlər var

  • Space TV
  • 23 Dekabr 2019 17:06

İndoneziyada mədəndə baş verən uçqun nəticəsində dörd nəfər həlak olub.

Çinin “Sinxua” xəbər agentliyi  xilasetmə xidmətinin nümayəndəsinə istinadən məlumat verir ki, İndoneziyanın qərbində, Jambi əyalətində yerləşən qızıl mədənindən dörd fəhlənin cəsədi çıxarılıb.

Digər mədən işçilərinin taleyinə aydınlıq gətirən xilasetmə xidmətinin nümayəndələri bildirib ki, mədəndə işləyən digər iki şəxs böyük ehtimalla, xilas olaraq qəzadan yayına biliblər.

Qeyd olunur ki, qızıl mədəni qanunsuz fəaliyyət göstərib. 

Paylaş

 Xəbəriniz olsun