Qızıl ehtiyatları artaraq 3 min tona yaxınlaşıb

  • Space TV
  • 13 Yanvar 2020 11:19

2019-cu ildə beynəlxalq fondlardakı qızılın bazar dəyəri 2018-ci ilə nisbətən 37% artaraq 141 mlrd dollara çatıb.

SPACE TV xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Dünya Qızıl Şurasının (WGC) “Qlobal Qızıl əsaslı fond axını 2019” hesabatında bildirilib.

Məlumata görə, keçən il qızıl ehtiyatları 2018-ci ilə nisbətən 400 ton artaraq 2 881 ton olub. Bununla da qızıl tarixi rekordunu yeniləyib.

Qeyd edək ki, 2019-cu ildə qlobal qeyri-müəyyənliklər və ticarət müharibələri investorları “təhlükəsiz liman” olan qızıla yönəldib.

Paylaş

 Xəbəriniz olsun