Qızıl bahalaşmağa başladı

  • Space TV
  • 10 Dekabr 2020 13:08

ABŞ-da iqtisadiyyata dəstək qərarlarına dair gözləntilər nəticəsində bu gün səhər keçirlən hərraclarda qızıl bir qədər bahalaşıb.

Spacetv.az xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın fevral fyüçersi 0,28 faiz bahalaşaraq 1 844,05 ABŞ dollarından, gümüşün mart fyüçersi də 0,5 faiz bahalaşaraq 24,11 dollardan satılıb.

Qeyd edək ki, ötən gün qızıl 2 faizədək ucuzlaşmışdı. Belə ki, koronavirus dərmanları ilə bağlı xəbərlər nəticəsində daha risqli aktivlərə tələbat artır, etibarlı aktiv sayılan qızıla isə maraq azalır.

Həmçinin ABŞ-da hökumət tərəfindən iqtisadiyyata dəstək tədbirlərinin müzakirəsi də bazar iştirakçılarının böyük diqqətini cəlb edir. Belə ki, srağagün maliyyə katibi Steven Mnuçin 916 milyard dollarlıq dəstək planı təklifini irəli sürmüşdü. Nəticədə dolların indeksi azalmaqla qızıl başqa valyutaları saxlamaq üçün daha əlverişli olur.

Paylaş

 Xəbəriniz olsun