63 yaşlı Fərhad Pənahov 30 yaşlı qızı Cəmilə Məhərrəmova qayınatası Firdovsi Məhərrəmov tərəfindən vəhşicəsinə qətlə yetirildikdən sonra evsiz-eşiksiz qalıb. Bu üzdən o, doğulduğu Sabirabad rayonuna gəlib. Amma gəldiyinə peşiman olub. Bu barədə bir qədər sonra. Bir qədər əvvələ qayıdaq. Fərhadın dediyinə görə, Sabirabadda qeydiyyatda olsa da, Bakı şəhərinin Yasamal rayonunda doğulub. Ata-anası sıravi işçi olub. Sabirabadın Balakən kəndindən olan Lətafət Mənsimovla ailə qurub. Bu nigahdan 5 övladı-3 qız-2 oğlu olub. İki il bundan öncə həyat yoldaşı dünyasını dəyişdikdən sonra Binə qəsəbəsi, südçülük sovxozu, yeni yaşayış sahəsində olan qızı Cəmilə Məhərrəmovanın ailəsi ilə birgə yaşayıb. İşləri də qaydasında gedib. Lakin iki ay bundan öncə qızının qayınatası 57 yaşlı Firdovsi Məhərrəmov həbsdən qayıtdıqdan sonra ailədə tez-tez mübahisələr yaranır.
Firdovsi Məhərrəmov 4 uşaq anası olan gəlini Cəmilə Məhərrəmova 12 balta vuraraq amansızcasına qətlə yetirib Qətl hadisəsi baş verən zaman qızın atası Fərhad Pənahov isə evdə olmayıb. Hadisəni eşidən kimi dərhal evə qayıdıb.
Qətlin təfərrüatlarını öyrənmək üçün hadisə yerinə gələn Space-nin əməkdaşları da təzyiqə məruz qalıb. Hətta şirkətə məxsus maşınının ön şüşəsi sındırılıb.
Övlad faciəsini yaşayan Fərhad Pənahovun qızının 3-ü veriləndən sonra bidəfəlik evdən qovulur. Bakda qalmağa sığınacaq axtarır. Tapa bilmir. əli hər yerdən üzülmüş Fərhad doğmalarına pənah aparmaq üçün ata yurdu Sabirabada üz tutur.
Təyyar Nəsirli SPACE TV