Space.TV– yazır ki, -göz qızarır, sulanır və qaşınmağa başlayır. Tez tez və fasiləsiz ovuşdurluqda isə sanki duz tökülübmüş kimi yanmağa başlayır. Bunlar yay fəslində günəş şüalarının gözlərdə əmələ gətirdyi xəstəliklərdəndi .
Mütəxəssislər gözlə bağlı problem yarandığı halda vətəndaşların son dərəcə ehtiyatlı olmalarının vacib oilduğunu da deyirlər.Çox zaman insanlar həkim məsləhəti olmadan dərmanlar alaraq gözlərinə tökür, bu isə sonardan ağır fəsada səbəb ola bilir deyə oftmoloqlar qeyd edirlər.
Həkimlərdən
yaşı 40 keçmiş vətəndaşlara da ciddi xəbərdarlıq var. Günəşli
günlərdə mütləq şəkildə gün
eynəklərindən istifadə edin. Əks halda Günəşin zərərli şüaları gözlərdə katarakt
kimi bir neçə xəstəliyə səbəb olur. Ümumilikdə isə görməyə mənfi təsir edir.
Kölgədə və yaxud buludlu havada da eynəyi
çıxartmayın. Çünki hər hansı ağacın və yaxud çətirin altında olmaqla
gözlərinizi şüalarda qorumuş olmuyacaqsınız. Şüaların böyük hissəsi buludların
arasından da keçir. Xüsusi ilə günorta saatlarında ehtiyatlı olun deyə
oftmoloqlar xəbərdarlıq edirlər.