Qısqandığı üçün arvadını nişan üzüyünü udmağa məcbur etdi, ölənəcən döydü

  • Space TV
  • 20 Dekabr 2019 10:46

Böyük Britaniyanın Qempşir qraflığında bir şəxs arvadını nişan üzüyünü udmağa məcbur edib.

“The Sun”ın məlumatına görə, 28 yaşlı Şon Dayson 30 yaşlı arvadını qısqandığı üçün uşağının gözü qarşısında nişan üzüyünü udmağa məcbur edərək döyərək öldürüb.

Buna səbəb doqquz il evli olduğu arvadı Lüsi Raştona yeni sevgilisinin zəng etməsi olub.

Onlar ilin əvvəlində ayrılmağa qərar versələr də, uşaqlarını birgə böyütmək üçün eyni evdə yaşayıblar.

Sonradan Dayson təcili yardıma zəng etsə də, artıq Raşton ölmüş olub.

Əvvəl o günahını boynuna almasa da, sonradan etdiyi əməli etiraf edib.

Sabah məhkəmə onun barəsində hökm çıxaracaq.

Paylaş

 Xəbəriniz olsun