Qısa vaxtda qazanılan rekord – VİDEO

  • SpaceTV
  • 6 Dekabr 2019 15:08

Turkiyənin hər il təxminən 6-7% böyüyən neft kimya sektorunda  Petkim xüsusi rola malikdir. Petkim bu gün Türkiyənin neft kimya məhsullarına olan ehtiyacın 20 %ni təmin edir.  Şirkət 15 istehsal müəsisəsi daxil olmaqla 3 istehsal zəncirindən ibarətdir. Həmin müəsisələrdə 60-a qədər məhsul istehsal edilir. Bu barədə jurnalistlərə  Socar Türkiyənin emal və neft kimya sənayesi üzrə rəhbəri Anar Məmmədov  məlumat verdi. Cənab Məmmədov bildirdi ki,  Yeni bazarlara çıxan Petkim ötən il 78 ölkəyə məhsul sataraq  rekorda imza atıb.  Məhz bu uğur şirkətə İlin ən çox ixracat həyata keçirən şirkəti və “kimya sektorunda ən çox ixracat həyata keçirən şirkət” mükafatlarını qazanıb.

Petkimin uğurlarında əsas pay sahiblərindən biri də məhz STAR neft Emalı zavodudur. Zavod Socar Türkiyə tərəfindən 2018-ci ilin oktyabrında istismara verilib. İlk satışını 2019 –cu ilin yanvarında Petkimə xammal tədarük etməklə başlayan Star sentyabr ayından tam gücü ilə işləməyə başlayıb.

Socar Türkiyənin Əməliyyat mükəməlliyi direktoru Məsud İltər deyir ki, Star Neft Emalı zavodu Socarın xaricdə həyata keçirdiyi ən böyük yatırımlardan biridir.  Onun sözlərinə görə məhz bu zavod xaricdən asılılığın aradan qaldırılmasında mühüm rol oynadı. Star neft emalı zavodundan öncə Türkiyə dizel yanacağının 60% ni xarici ölkədən alırdı. Amma indi bu rəqəm 40 % dir.

Bundan basqa bu zavodda  Turkıye üçün  xususı ehemıyyete malik teyyare yanacağı ve dizel yanacağı ıstehsal edılır.100-dən artıq neft çeşidini emal etməyə qadir olan STAR zavodunun gündəlik emal gücü 214 min barrel xam neft həcmindədir. Hazırda zavodda mindən çox işçi çalışır.

RƏŞAD VƏKİLOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun