Qısa qapanma baş verdi

  • SpaceTV
  • 9 Sentyabr 2019 14:08

Yevlax şəhərində “Azərişıq” ASC-yə məxsus 110 kilovatlıq yarımstansiyanın ərazisində qısa qapanma baş verib.

Space TV -nin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən aldığı məlumata görə, nəticədə ümumi sahəsi 88 m² olan tikilinin içərisində 2 ədəd gücü 10 kilovat olan qapalı paylayıcı qurğudan bir ədədi yanıb.

Tikilinin içərində yerləşən 25 ədəd qoruyucu açarlar və 1 ədəd paylayıcı qurğu yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Paylaş

 Xəbəriniz olsun