Qışa hazırlıq

  • SpaceTV
  • 27 Sentyabr 2019 16:41

Hər il olduğu kimi bu il də  qış hazırlıqlarına yay aylarından başlanılıb və kommunal strukturlar  artıq demək olar ki, soyuq havalara tam hazırdırlar.  AzəriQaz ASC istehsalat birliyinin rəsmisi Ceyhun Səfərov bildirdi ki, qazın verilişində qış rejiminə keçid   havaların soyuqluğundan asılı olacaq.

Ceyhun Səfərov ; O ki, qaldı noyabr ayının 15-də qəbul olunmuş qaydalarda payız-qış mövsümünə keçid vaxtına bu sırf qazanxanalarla bağlıdır. Yəni qazanxanalar istifadə üçün artıq yeni bir mərhələyə başlayır. Həm məktəblərdə həm təhsil ocaqlarında, səhiyyə ocaqlarında və digərlərində hardakı azəristilik təchizatı qazanxanalardan istifadə olunur.Bu halda da başqa formada sərfiyyatın artımı eləcə də qazın təzyiqinin yüksəldilməsinə başlanılır.

2019-cu ilin təsdiq olunmuş tədbirlər planına uyğun olaraq “Azəristiliktəchizat”ın 550 qazanxanası, 90 istilik məntəqəsi vasitəsi ilə 3850-yə yaxın yaşayış binasının, 180 mindən artıq mənzilin,  eyni zamanda uşaq baxçası, məktəb və 1600-ə yaxın digər sosial və təsərrüfat obyektinin  istiliklə təmin olunması nəzərdə tutulub.

Rafiq Əliyev – “Azəristiliktəchizat” ASC-nin Abonent  və Müştəri Xidmətlərinin rəisi—Azəristilik təchizat tərəfindən payız-qış mövsümünə hazırlıqla bağlı bütün qazanxanalarda və istilik mübadilə aparatları mexaniki və kimyəvi aparatlarla təmizlənmiş elektrik təsərüfatı nəzarət ölçü cihazları qaz təsərüffatı ümumilikdə götürdükdə şəbəkəyə aid olan bütün avadanlıqlar nasoslar mühərriklər və digərləri tam təftiş olunmuş istismara yararsız hissələri yenisi ilə əvəz olunmuş bütün qazanxanalar nasos və mühərriklərlə təmin olunmuşdur ki, bu da payız-qış mövsümündə istilik təchizatının fasiləsiz verilməsinə xidmət göstərəcəkdir.

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin sözlərinə görə son 12-13 il ərzində paylayıcı elektrik şəbəkələrində aparılan yenidənqurma işləri  nəticəsində  abonentlər demək olar ki soyuq havalarda elektrik kəsintisi problemindən tam olaraq sığortalanıblar. Artıq istehlakçılar 24 saat fasiləsiz elektrik enerjisi ilə təmin edilir.

Paylaş

 Xəbəriniz olsun