“Qış təlimi-2021”: “Tankçılarımız və topçularımız hədəfləri dəqiq atəş zərbələri ilə məhv edir” – VİDEO

  • Space TV
  • 10 Fevral 2021 13:58

Qardaş Türkiyə Respublikasının Qars şəhərində Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçularının da iştirakı ilə keçirilən “Qış təlimi-2021”də tank və top atəşləri icra edilib.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin “Twitter” hesabında paylaşım edilib:

“Qış təlimi-2021” Türkiyə Azərbaycan birgə təlimlərində iştirak edən qəhrəman tankçılarımız və topçularımız hədəfləri dəqiq atəş zərbələri ilə məhv edir”.

Qurumdan həmçinin bildirilib ki, təlimlərin sabahkı mərhələsi jurnalistlər üçün açıq olacaq. KİV nümayəndələri artıq Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarə ilə Ankaradan Qarsa gətirilib.

Paylaş

 Xəbəriniz olsun