Qırmzı kitaba düşən quş yaralı halda şəhər sakinin həyətinə düşüb.

  • Space TV
  • 6 Fevral 2020 14:46

Mingəçevirdə yaşayan Elşad Zülfüqarov səhər saatlarında yaşadığı evin həyətinə yaralı iri bir quşun düşüdüyünü görüb. Küləkli havada yüksək gərginlikli elektrik xətlərinə dəyən canlı ayağının birindən zədə alıb. İri dimdikli pilikan quşu daha çox balıqla qidalanır. Köçəri həyat sürən vəhşi quş su hövzələrində daha çox görünür.

Yaralı halda həyətə düşən pilikan quşunu Elşad Zülfüqarov 8 saylı Regional ekologiya və təbii sərvətlər idarəsinin əməkdaşlarına təhvil verib. İdarə əməkdaşları quşu götürərək baytar nəzarətinə verib.

Qeyd edək ki, pilikan quşu tam sağaldıqdan sonra vəhşi təbiətə buraxılacaq.

Emin Babayev SPACE TV

Paylaş

 Xəbəriniz olsun