Qırğızıstanın sabiq Prezidenti təslim olub

  • SpaceTV
  • 8 Avqust 2019 21:00

Qırğızıstanın sabiq Prezidenti Almazbek Atambayev yaşadığı Koy-Taş kəndindəki iqamətgahında xüsusi təyinatlılara təslim olub.

 SPACE.TV- xəbər verir ki, bu haqda sabiq Prezidentin qərargahından məlumat veriblər. A.Atambayevin tərəfdarları sabiq dövlət başçısının maşınının iqamətgahdan çıxmasının qarşısını almağa çalışıblar. Lakin xüsusi təyinatlılar onu arxa qapıdan çıxara biliblər. Ərazidə aramsız olaraq güllə səsləri eşidilib.

Xatırladaq ki, dünən axşamdan başlayan əməliyyat bir az əvvəl başa çatıb və əməliyyatda təxminən 80 nəfər yaralanıb.

Keçmiş Prezidentin tərəfdarları Bişkekdə aksiyalar keçirməyə hazırlaşırlar.

Paylaş

 Xəbəriniz olsun