Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev saxlanıldı

  • Space TV
  • 10 Oktyabr 2020 16:35

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev şənbə günü xüsusi polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə TASS-a Sosial Demokrat Partiyasının qərargahından məlumat verilib. “Atambayev saxlanılıb, hazırda eks-prezidentə qarşı həbs qətimkan tədbiri məsələsi həll olunur”, – deyə o bildirib.

Sosial şəbəkələrdə isə A.Atambayevin arvadı Raisa Atambayeva, həmçinin oğulları Qədir və Seyidin saxlanıldığı barədə fotolar yayımlanıb. 

Paylaş

 Xəbəriniz olsun